Biləsuvar sakini həyətini tropik cənnətə necə ÇEVİRDİ? – VİDEOREPORTAJ 

Hazırda oxunan: Biləsuvar sakini həyətini tropik cənnətə necə ÇEVİRDİ? – VİDEOREPORTAJ 

185859

Biləsuvar sakini Rafiq Muradovun təbiətə olan sevgisi çoxlarına qeyri-adi görünən bir məşğuliyyətə çevrilib. Dünyanın vəhşi təbiətinə aid müxtəlif növ quşları saxlanılması və artırılması müsahibimin hobbisidir. 

Onun təxminən 100 kv.metr ərazini əhatə edən bu mini-zooparkında adı "Qırmızı kitaba" da düşən quşlar da mövcuddur. 

Səhər erkən saatlarında burada müxtəlif nəğmələri eşidəndə özünü tovuzquşlarının olduğu Sokorta adasında və ya Tailandda - ekzotik təbiət qoynunda hiss edirsən. 

Təbiət filimlərini izləməyi sevən müsahibimiz deyir ki, elə uşaqlıqdan nadir flora və fauna nümunələri ona maraqlı gəlib. Vəhşi təbiətdə olan nadir quşları əldə etmək, artırmaq isə həm maddi, həm də mənəvi olaraq çox çətindir. 

R.Muradov 8 ildir professional olaraq bu quşların saxlanılması ilə məşğuldur. 

Onun saxladığı quşlar Azərbaycan təbiətinə xas deyil. 

Hazırda 20-ə qədər xüsusi növün artırılması ilə məşğul olan təsərrüfatçı, ekzotik quşların bəslənilməsinin çətin olduğunu dönə-dönə vurğulayır: 

“Quşlara qulluq zamanı hər növün özünəməxsus xüsusiyyətlərini nəzərə almaq, qida sistemini düzgün müəyyənləşdirmək, eləcə də xəstəliklərdən qorumaq lazımdır”.

Gənc yaşlarında boksla məşğul olan Rafiq Muradov SSSRİ idman ustası tituluna sahibdir. Müxtəlif beynəlxalq turnirlərdə də iştirak edib. Hazırkı məşğuliyyətindən isə həm də mənəvi zövq alır. Nadir quşların artımına nail olmuş keçmiş boksçunun indiki arzusu isə işğaldan azad edilmiş Zəngilan təbiətini bizim mühitə uyğunlaşdırdığı bu nadir quşlarla zənginləşdirməkdir. 

Onun təklifi müvafiq qurumlar tərəfindən də nəzərə alınıb. Artıq işğaldan azad edilmiş Zəngilanda dövlət səviyyəsində onun bu fəaliyyətini reallaşdırması üçün yer də ayrılıb. 

Tezliklə burada gördüyümüz, hər birinin özünəməxsus nəğməsi, gözəlliyi olan nadir quşlar Qarabağ təbiətini daha da zənginləşdirəcək. 
 

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO