Güclü küləkdə xəsarət alanların sayı 5-ə çatıb

Hazırda oxunan: Güclü küləkdə xəsarət alanların sayı 5-ə çatıb

185688

Aprelin 4-də güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 5 müraciət qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub:

"Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3 nəfər kişi, 2 nəfər isə qadın olub. Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 3 nəfərə (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib", - deyə məlumatda qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO