Bu sürücülər 40 manat məbləğində CƏRİMƏLƏNƏCƏK - DYP-dən XƏBƏRDARLIQ 

Bu sürücülər 40 manat məbləğində CƏRİMƏLƏNƏCƏK - DYP-dən XƏBƏRDARLIQ 

Hazırda oxunan: Bu sürücülər 40 manat məbləğində CƏRİMƏLƏNƏCƏK - DYP-dən XƏBƏRDARLIQ 
185684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəzi sosial şəbəkə səhifələrində dövlət qeydiyyat nişanının avto nəqliyyat vasitələrinin ön və arxa hissəsində hansı yerdə bərkidilməsi məsələsi mübahisələndirilir. 

Bakı Şəhər DYP İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 1-ci hissəsinə əsasən avtomobil nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı lövhələri istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş yerlərə bərkidilir. 

Bildirilib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd olunan tələbinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə təqsirli şəxsin 40 manat məbləğində cərimə olunmasına dair məsuliyyət nəzərdə tutulub. 
"Bütün bunları nəzərə alaraq bir daha sürücülərdən xahişimiz və tələbimiz ondan inbarətdir ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə açıqlamada qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO