“KaMAZ” qəza törətdi, yükü yola dağıldı - FOTO-VİDEO

“KaMAZ” qəza törətdi, yükü yola dağıldı - FOTO-VİDEO

Hazırda oxunan: “KaMAZ” qəza törətdi, yükü yola dağıldı - FOTO-VİDEO

185555

Bakı-Qazax  yolunda Kürdəmirin Muğanlı kəndindən keçən hissəsində qəza baş verib.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, belə ki, ”KaMAZ” markalı iritutumlu yük maşınının sürücüsü, Zəngilan rayon sakini, 1973-cü il təvəllüdlü Abdullayev Seymur Sahib oğlu Kürdəmir  istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə yük maşını yoldan çıxaraq beton səkiyə çırpılıb və avtomaşında olan yüklər magistral yola dağılıb.

Hadisədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralı dərhal  təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılırıb.

Fakt araşdırılır.

 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO