FAKTİKİ HAVA: Dağlıq rayonlarda qar yağıb

FAKTİKİ HAVA: Dağlıq rayonlarda qar yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Dağlıq rayonlarda qar yağıb
184972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 31-i saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, martın 31-i saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, dağlıq rayonlarda qar yağıb.

Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Qar örtüyünün hündürlüyü Şahdağda 47 sm, Qrızda 5 sm, Xınalıqda 3 sm olub.

Martın 30-da Gəncə şəhərinə axşam saatlarında diametri 8-10 mm, Daşkəsən rayonuna isə saat 19:03-19:04 radələrində diametri 13 mm olan dolu düşüb.

Martın 30-u gün ərzində şimal-qərb küləyi arabir Ağdamda 20 m/s, Göyçay, Zərdab, Tərtər, Naftalanda 18 m/s, Ceyrançöldə 17 m/s, Şəmkir, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı Ağdamda 9 mm, İsmayıllı, Sabirabadda 8 mm, Qusarda 7 mm, Qrız, Qobustan, Bərdə, Neftçala, Şəki, Tərtər, Beyləqan, Şirvan, Biləsuvar, Yardımlı, Qax, Göygöl, Gəncə, Gədəbəy, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Quba, Balakən, Zaqatala, Şəmkir, Naftalan, Lənkəran, Astara, Cəlilabad, Daşkəsəndə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək, Naxçıvan MR-da 19-24 dərəcə, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 8-15 dərəcəyədək isti olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO