Azərbaycanda maska qadağası götürülə bilər – İnfeksionist ZAMAN açıqladı

Hazırda oxunan: Azərbaycanda maska qadağası götürülə bilər – İnfeksionist ZAMAN açıqladı

18355

“Əgər insanlarımız sürətlə peyvənd olunmaq üçün müraciət edərlərsə, aktiv şəkildə bu prosesə qoşularlarsa bizdə də maska qadağası götürülə bilər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə İsraildə ötən gün açıq havada maska qadağasının götürülməsi məsələsindən danışarkən deyib.

O, İsrail əhalisinin yarısının artıq vaksinasiya olunduğunu bildirib:

“Orada insanlar peyvənd məsələsinə daha ciddi və həvəslidir. Azərbaycanda isə 1 milyondan artıq insan peyvənd olunub. Yəni 10 milyonluq xalqın cəmi 10 faizi vaksinasiyaya cəlb edilib. İsraildə isə bu say 50-60 faizə bərabərdir. Bu baxımdan həmin ölkə maska istifadəsinə olan qadağanı ləğv edib”.

Vüqar Cavadzadə hesab edir ki, ümumi əhalinin hələ 10 faizi vaksinasiyaya cəlb edildiyinə görə, küçədə maskadan istifadəyə hələ bir müddət də davam etməliyik:

“Yoluxmaların gündəlik 2500-2700 olduğu bir dönəmdə açıq havada maskadan imtina etmək yoluxmaların yenidən artmasına səbəb ola bilər. Əgər istəyiriksə, maskadan azad olaq, vaksinasiya prosesini sürətləndirməliyik”, deyə həkim əlavə edib.

Qeyd edək ki, Azərbaycanda 32 min 123 aktiv koronavirus xəstəsi var. Bu günə qədər 300 min 666 nəfər koronavirusa yoluxub. 4140 nəfər isə  dünyasını dəyişib.

Azərbaycanda vaksinasiya olunanların sayı 1 milyon 337 min 366 nəfərdir.

Alçina Amilqızı, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO