Novruz bayramında hava kəskin SOYUYACAQ 

Novruz bayramında hava kəskin SOYUYACAQ 

Hazırda oxunan: Novruz bayramında hava kəskin SOYUYACAQ 
183123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. 

Şimal-qərb küləyi 19-u gündüz, 20-də 15-20 m/s, 20-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək. 
Azərbaycanın rayonlarında martın 18-i səhər şimal və qərb rayonlarından başlayaraq 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Qərb küləyi 19-u gündüz, 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. 

Martın 17-si axşamdan 21-dək Böyük və Kiçik Qafqazın, 19-dan 21-dək isə Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylarında sululuğun artacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO