Universitetlərdə ödənişsiz təhsil adı ilə dələduzluq edən qadın SAXLANILDI - FOTO

Universitetlərdə ödənişsiz təhsil adı ilə dələduzluq edən qadın SAXLANILDI - FOTO

Hazırda oxunan: Universitetlərdə ödənişsiz təhsil adı ilə dələduzluq edən qadın SAXLANILDI - FOTO

182923

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı vətəndaşlara qarşı dələduzluq edən qadın saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində iki nəfər şəhər sakinini aldadaraq onların pullarını dələduzluq yolu ilə mənimsəyən Abşeron rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəzrin Əjdərova saxlanılıb.

N.Əjdərova zərərçəkənlərin etibarından istifadə edərək, onlara güzəştli mənzil almalarına, eləcə də övladlarının ali təhsil müəssisələrində təhsil haqlarını ödənişsiz etdirəcəyi və təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək ümumilikdə 14000 manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Əjdərova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

N.Əjdərovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO