Astaranın dağ kəndində sürüşmə sitrus bağlarını məhv edib - FOTO

Astaranın dağ kəndində sürüşmə sitrus bağlarını məhv edib - FOTO

Hazırda oxunan: Astaranın dağ kəndində sürüşmə sitrus bağlarını məhv edib - FOTO

182883

Astara rayonun Sipiyəpart kəndinin Hörün adlanan hissəsində son yağıntılar sürüşməyə səbəb olub. 15-ə yaxın  ev üçün təhlükə yaranıb.

Sakinlərin narahat edən odur ki, bu hər hansı zəif bir təkan olsa evlər tamamilə dağıla bilər.

Bizim.Media-ya danışan kənd sakinlərini bildirib ki, burada zəlzələ zəif də olsa tez-tez baş verir. Məhz belə bir vəziyyətə görə bu evlərdə yaşamaq təhlükəlidir. Onların sözlərinə görə yağış yağanda uşaqları götürüb qohumlar evində qalmağa məcbur olurlar.

Torpaq sürüşməsi sitrus bağlarına da ziyan vurub.
Ağaclar kökündən çıxaraq məhv olur. “Əkin əkə bilmirik. Ağac əkirik ağac gedir. Ev düzəltmişik ev də uçurumdadır. 5 -6 il qabaq 500 - ə yaxın mandarin ağacları məhv oldu. İndi də 150 ağac əkilib, onları da torpaq qatı aparır” deyə hər kəs kimi yaşlı kənd sakini də şikayətlənir.

Kənddə yaranan mövcud vəziyyətlə  bağlı yerli ərazi icra nümayəndəliyindən bildirildi ki, Fövqaladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETNS)  məlumat verilib. Adıçəkilən qurumlar əraziyə baxış keçirdikdən sonra buradakı yaşayış evlərinin aqibəti ilə bağlı da qərar veriləcək.



Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO