Bakıdan Qəbələyə gedən sərnişinlərə şad xəbər: Qatarlar hər gün hərəkət edəcək

Bakıdan Qəbələyə gedən sərnişinlərə şad xəbər: Qatarlar hər gün hərəkət edəcək

Hazırda oxunan: Bakıdan Qəbələyə gedən sərnişinlərə şad xəbər: Qatarlar hər gün hərəkət edəcək
182510
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Bizim.Media-ya bildirilib ki, martın 20-26-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO