Ağdamda bağça müdiri oğurluğa görə SAXLANILDI

Ağdamda bağça müdiri oğurluğa görə SAXLANILDI

Hazırda oxunan: Ağdamda bağça müdiri oğurluğa görə SAXLANILDI
182283
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdam rayonundakı uşaq bağçalarından birinin müdiri oğurluq etdiyinə görə saxlanılıb.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bağça müdiri işləyən Arzu Ağayeva (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məhkəmə işindən aydın olur ki, qadın 2023-cü ilin iyul ayında məzuniyyətdə olduğu üçün Bakı şəhərinə gəlib. Arzu Ağayeva maddi sıxıntıları olduğu üçün xəstə baxıcısı kimi müvəqqəti işləməyə qərar verib. O, Elmira adlı qadınla razılaşaraq, 700 manat qarşılığında evində baxıcı kimi işləyib. Arzu Ağayeva Xətai rayonu, M.Hadi küçəsi, 66 saylı binada Elmiranın evində işlədiyi bir aya yaxın müddətdə 3700 manat dəyərində qızıl-zinət əşyalarını, əmlakı oğurlayıb.

Həmçinin ev sahibinin təqaüd kartından 925 manat pulu da çıxarıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəzaçəkmə müddətində ona Ağdam rayonunun ərazi hüdudlarını, həmçinin yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO