Dünənki feyk çağırışlar başqa ölkələrdə də yayılıbmış - FOTO 

Dünənki feyk çağırışlar başqa ölkələrdə də yayılıbmış - FOTO 

Hazırda oxunan: Dünənki feyk çağırışlar başqa ölkələrdə də yayılıbmış - FOTO 

182174

Ötən gün məktəblərə silahlı hücum ediləcəyi ilə bağlı teleqram kanallarının birində məlumat yayılıb. 

Məlumatda Bakının bir sıra orta məktəblərinə və ticarət mərkəzlərinə silahlı basqın olacağı bildirilib.

Qruplaşmanın sosial şəbəkələrdə həyəcan yaradan çağırışı ilə bağlı DİN rəsmi açıqlama yayıb. Qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, analoji hadisələr bu ilin yanvarında Qazaxıstanın Aktobe və ötən ilin aprelində Rusiyanın Kazan şəhərində də yaşanıbmış.  

Belə ki, həmin vaxt sözügedən ölkələrin teleqram kanallarında məktəblərdə və ticarət mərkəzlərində qətliam törədiləcəyi bildirilib.

Hətta bu səbəbdən minlərlə şagird məktəbə getməyib. Məlum olub ki, eyni məzmunlu paylaşımlarda şəhərlərin adı dəyişdirilir və həmin şəhərlərə uyğun ticarət mərkəzlərinin və ya məktəblərin nömrələri əlavə edilir. 
Məlumat üçün bildirək ki, adıçəkilən şəhərlərdə feyk paylaşımlarda deyildiyi kimi heç bir basqın və ya insident baş verməyib. Həmin məlumatlar saxta xəbərdarlıqlar kimi qiymətləndirilib.  






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO