Şamaxıda iki nəfər dəm qazından zəhərləndi

Şamaxıda iki nəfər dəm qazından zəhərləndi

Hazırda oxunan: Şamaxıda iki nəfər dəm qazından zəhərləndi

181885

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə  rayonun Quşçu kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri 1999-cu il təvəllüdlü Məmmədova Türkan Habil qızı və 1992-ci il təvəllüdlü Məmmədov Ömər Qırımxan oğlu dəm qazından zəhərləniblər.

Onların hər ikisi dərhal  zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyətlərinin stabil olduğu bildirilir.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO