Yağış intensivləşəcək, külək əsəcək - XƏBƏRDARLIQ

Yağış intensivləşəcək, külək əsəcək - XƏBƏRDARLIQ

Hazırda oxunan: Yağış intensivləşəcək, külək əsəcək - XƏBƏRDARLIQ

181695

Sabahdan ölkə ərazisində yağış intensivləşəcək, güclü külək əsəcək.

Bu barədə Bizim.Media-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 9-u gündüzdən 11-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 10-da ayrı-ayrı yerlərdə yağıntının intensivləşəyi ehtimalı var.

Azərbaycanın rayonlarında da martın 9-u axşamdan 11-i səhərədək bəzi yerlərdə arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Həmçinin martın 10-da ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO