SOS - Rusiyadan 150 min işsiz Azərbaycana qayıdır

SOS - Rusiyadan 150 min işsiz Azərbaycana qayıdır

Hazırda oxunan: SOS - Rusiyadan 150 min işsiz Azərbaycana qayıdır
18122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rusiyanın miqrantlarla bağlı aldığı, "iyunun 15-ə dək hamısını qovacağıq", qərarı, təbii ki, ən çox ukraynılalara hesablanıb. 2 milyon işsiz Ukraynaya qayıdır və sosial gərginliyi artıran elementə çevrilə bilərlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Rusiya zaman-zaman öz siyasi, iqtisadi, hərbi-strateji maraqlarına görə qonşularının "yumşaq qarnından" istifadə edir, ən zəif nöqtələrindən vurur, gah pomidor-xiyarla, gah da turizmlə cəzalandırır:
 

MÖVZU İLƏ BAĞLI:

Yanvar ayında 197 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib 


“Belə silahlardan biri də miqrant məsələsidir:

Bu gün Rusiyada 7 milyon nəfərə yaxın qeyri-leqal miqrant var. Bunun da 25%-ə yaxını ukraynalılardır. Deməli, hardasa 1,8-2 milyon nəfər Ukrayna vətəndaşı indi Rusiyada qeyri-leqal yaşayır. Amma bu qərarın bizə də təsiri olacaq.

Müxtəlif hesablamalara görə bu gün Rusiyada 120-150 min arası qeyri-leqal yaşayan Azərbaycan vətəndaşı var.

Onları geri göndərsələr, bu ölkədə yeni işsizlik ordusu, yeni sosial gərginlik ocağı yaranacaq. 

Biz normal ölkə həm də ona görə qurmalıyıq ki, Rusiyanın pomidor-xiyar, miqrant təhdidlərindən sığortalana bilək”, deyə ekspert əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO