Xaçmazda ölümə cəhdin bəzi təfərrüatı AÇIQLANDI

Xaçmazda ölümə cəhdin bəzi təfərrüatı AÇIQLANDI

Hazırda oxunan: Xaçmazda ölümə cəhdin bəzi təfərrüatı AÇIQLANDI

180881

Xaçmaz rayonunda martın 1-də  baş vermiş ölümə cəhdin bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Xaçmaz-Niyazabad kənd yolunun üzərində yerləşən "Şahdağ" kafesində  qeydə alınıb.

Qaraqurdlu kənd sakinləri olan 34 yaşlı Kamran Niftəliyev və 38 yaşlı Faiq Cəbrayılov bir yerdə yeyib içiblər. Bu zaman sərxoş  olan həmkəndlilər arasında mübahisə düşüb.
İlkin məlumata görə, hadisəyə səbəb zərərçəkən Kamran Niftəliyevin Faiq Cəbrayılovu təhqir etməsi olub.

Buna görə Faiq həmkəndlisinə 17 bıçaq zərbəsi endirib.

Yaralı dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səgi nəticəsində Kamranın həyatını xilas eləmək mümkün olub.

Qeyd edək ki, Kamran Niftəliyevllə  Faiq Cəbrayılovun hər ikisi evlidir, hərəsinin 2 övladı var.

Hadisənin başvermə səbəbini Xaçmaz rayon prokurorluğu araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO