MN: İlin əvvəlindən bu günədək 205 hektar ərazi minalardan təmizlənib - FOTO/VİDEO

MN: İlin əvvəlindən bu günədək 205 hektar ərazi minalardan təmizlənib - FOTO/VİDEO

Hazırda oxunan: MN: İlin əvvəlindən bu günədək 205 hektar ərazi minalardan təmizlənib - FOTO/VİDEO
180668
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının 1-dək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10440 ədəd piyada əleyhinə, 3301 ədəd tank əleyhinə mina və 12693 ədəd partlamamış döyüş sursatı aşkar olunub.
Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar xüsusi təyin olunmuş yerlərdə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları ilə məhv edilir.

Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
 


MN: İlin əvvəlindən bu günədək 205 hektar ərazi minalardan təmizlənib - FOTO/VİDEO - foto 1
MN: İlin əvvəlindən bu günədək 205 hektar ərazi minalardan təmizlənib - FOTO/VİDEO - foto 2
MN: İlin əvvəlindən bu günədək 205 hektar ərazi minalardan təmizlənib - FOTO/VİDEO - foto 3


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO