Salyanda ər və arvadın dəhşətli qətlinin TƏFƏRRÜATI – VİDEO 

Hazırda oxunan: Salyanda ər və arvadın dəhşətli qətlinin TƏFƏRRÜATI – VİDEO 

180622

Xəbər verdiyimiz kimi, Salyanda ər və arvadı amansızlıqla qətlə yetiriliblər. 

Bizim.Media xəbər verir ki, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Salyanda DƏHŞƏT: Keçmiş baş həkim və arvadı qətlə yetirildi - YENİLƏNİB


Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları evin bağ hissəsində ər və arvadın çoxsaylı bıçaq və küt alət zərbələri ilə qətlə yetirilən ər və arvadın meyitini aşkar ediblər.

Məlumata görə ilki olaraq onların meyitlərini həyətdə işləyən fəhlə aşkar edib və polisə məlumat verib. 

Qeyd edilir ki, mərhum İsrafil Məmmədov uzun müddət Salyan rayon poliklinikasının baş həkimi vəzifəsində çalışıb. Ailənin 4 qız və bir oğul övladı var. Övladların hamısı ailəlidirlər. 

Mərhumların qudası İradə Ağarzayeva baş verən qətllə bağlı bunları deyib.

“Heç kimdən şübhələnmirik, heç kimlə işləri olmayaıb. Tikansız “balıqdılar”. Səhər xəbər çıxdı, biz də gəldik. Gəldik gördük bağın içərisində öldürüblər, üzlərin də örtüblər”.

Gəzən söz-söhbətlərə görə, qətli törədən şəxs (şəxslər) evə oğurluq məqsədi ilə daxil olub(lar), evdən qiymətli qızıl-zinət əşyalarının  və pul olan seyfin oğurlandığı ehtimal olunur. Meyitlər Salyan morqunda müayinə olunub. Qatil və ya qatillərin axtarışları istiqamətində istintaq əməliyyat hərəkətləri aparılır.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO