Donmuş Afurca şəlaləsinin ecazkar MƏNZƏRƏSİ – FOTO/VİDEO  

Donmuş Afurca şəlaləsinin ecazkar MƏNZƏRƏSİ – FOTO/VİDEO  

Hazırda oxunan: Donmuş Afurca şəlaləsinin ecazkar MƏNZƏRƏSİ – FOTO/VİDEO  

180497

Təbiət öz sürprizləri ilə insanları təəccübləndirməkdə davam edir. Bu qış mövsümü şimal bölgəsində qarın az yağması, şaxtaların isə çox olması ilə yadda qalıb. Son 3-5 illə müqayisədə şimal rayonlarına qar bu il az yağıb. Şaxta isə yüksək olub.

Apardığımız araşdırma zamanı Quba və Qusar rayonlarında yerləşən şəlalələrin hazırki vəziyyəti ilə maraqlandıq. Gecələri 10 dərəcədən çox şaxta qeydə alınan Ləzə kəndinin ətrafında olan 7 şəlalənin hamısı indi donmuş vəziyyətdədir. 

Qubanın Afurca və Kuxırt kəndlərində də vəziyyət eynidir. Sakinlərin sözlərinə görə, məşhur “Afurca” və "Suatan" şəlaləsi də yüksək şaxta səbəbindən donub. İqlim dəyişikliyi prosesinin getdiyi bir dövrdə bəzən təbiətin sürprizləri də olur. İki il əvvəl bu şəlalələr qışda yox, baharın ilk ayı martda donmuşdu.

Qubalı fermer İldırım Məmmədov Bizim.Media-nın şimal bürosuna açıqlamasında deyib ki, bizim ölkədə olmasa da, dünyada gedən müharibələr, hücum zamanı istifadə edilən texniki vasitələr, atılan raketlər təbiətə mənfi təsir edib:

"Azərbaycan olaraq biz də bu texniki vasitələrin iqlimə mənfi təsirini görürük. Dövlət səviyyəsində bu istiqamətdə mühüm işlər görülür. Bu il Aran zonasında qar az müşahidə edilsə də, dağlarda qar çox olub. Yaz aylarında qarın əriməsinin su ehtiyatımıza müsbət təsirini görə biləcəyik. Amma bütün hallarda təbiətin möcüzə və sürprizlərinə hazır olmalıyıq", - deyə qubalı fermer vurğulayıb.

Qeyd edək ki, bu gün səhər də Quba və Qusar rayonlarında yüksək şaxta qeydə alınıb. Ən çox şaxta (-12, -14 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb. 
 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO