Lerikdə avtomobil çaya aşdı: Ölən və yaralananlar var - YENİLƏNİB

Lerikdə avtomobil çaya aşdı: Ölən və yaralananlar var - YENİLƏNİB

Hazırda oxunan: Lerikdə avtomobil çaya aşdı: Ölən və yaralananlar var - YENİLƏNİB

179799

Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin - İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

*** 14:39

Bu səhər Lənkəran-Lerik yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə yolun 50-ci kilometrliyində qeydə alınıb. Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi "Pikap" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, yoldan çıxaraq təqribən 500 metr hündürlükdən dərəyə aşıb. 

Avtomobildə olan 4 nəfərdən biri hadisə yerində ölüb. Onun İsmayıllı rayon sakini olduğu bildirilir.

İlkin məlumata görə, hadisə yolun qarlı və buzlu olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO