Blogerin 200-lə sürdüyü \

Blogerin 200-lə sürdüyü \"Range Rover\"in nömrəsi satılır - 18 min AZN - FOTO

Hazırda oxunan: Blogerin 200-lə sürdüyü \"Range Rover\"in nömrəsi satılır - 18 min AZN - FOTO

179727

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunda yüksək sürətlə idarə olunan "Range Rover” markalı maşının dövlət qeydiyyat nişanı satışa çıxarılıb.

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, söhbət ötən həftə Axundzadə Əsmər Roman qızının saatda 200 km sürətlə idarə etdiyi 77 ES 777 dövlət qeydiyyat nişanlı avtomobildən gedir. 

Qeydiyyat nişanı hazırda mashin.al elan saytında satışdadır. 

Elan ötən ilin avqust ayında yerləşdirilib. Qeydiyyat nişanına 18 000 AZN qiymət qoyulub. 

Qeyd edək ki, sosial şəbəkədə "Esma Nur" adı ilə tanınan Axundzadə Əsmər Roman qızı idarə etdiyi 77-ES-777 qeydiyyat nişanlı, "Range Rover" markalı avtomobillə videoçəkiliş aparmaqla kobud qayda pozuntularına yol verdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.

Aktiv sosial şəbəkə istifadəçisi olan xanım sürücü araşdırma zamanı çoxsaylı izləyici toplamaq məqsədilə inzibati qayda pozuntusu törətdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.

Törətdiyi əməlin mahiyyəti və doğurduğu mənfi nəticələr barədə sürücü ilə izahedici söhbətlər aparılmaqla, barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO