Xocalı qətliamından dəhşət saçan FOTOLAR

Xocalı qətliamından dəhşət saçan FOTOLAR

Hazırda oxunan: Xocalı qətliamından dəhşət saçan FOTOLAR

179683

Azərbaycan tarixinin ən dəhşətli və ağrılı səhifəsi Xocalı faciəsidir. Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar sayəsində Xocalı şəhəri işğaldan azad olunub və qarşıdakı illər ərzində Xocalı sakinlərinin şəhərə köçürülməsi planlaşdırılır. Lakin faciənin açdığı dərin iz və faciə qurbanlarının acısı unudulmur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni quldurlarının hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı və məşhur fotojurnalist Reza Deqatinin təşəbbüsü ilə Paris və Bakıdakı əməkdaşlar tərəfindən www.khojalywitness.org saytı hazırlanıb.

Saytda 1992-ci ildə Xocalı və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olunur.

Həmçinin “Time”, “The New York Times”, “The Washington Тimes”, “The Washington Post”, “ВВС1News”, “The Independent,” "Le Monde", "Newsweek", “The Sunday Тimes”, “Human Rights Watch”, “The Age”, “The Boston Globe” “Kommersant”, “Svoboda” kimi nüfuzlu beynəlxalq media orqanlarının soyqırımı ilə bağlı yazdığı faktlar da əlavə olunub.

Bundan başqa, Xocalı soyqırımının şahidi olmuş Amerika Birləşmiş Ştatlarından jurnalist, yazıçı və müəllif Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, Fransadan fotoqraf və sənədli kinorejissor Frederique Lengaigne və Litvadan fotojurnalist Rikardas Lapaitis tərəfindən qeyd olunmuş faktlar da saytda göstərilib.

Veb-sayt daha çox kütləyə çatması üçün Azərbaycan, fransız, ingilis və rus dillərində olmaqla, 4 dildə hazırlanıb. Gələcəkdə saytın azı 10 dilə tərcümə olunması da nəzərdə tutulur.

Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı soyqırımı qurbanlarının, şahidlərinin hekayələrini göstərməklə, digər insanların bu şəkillərə baxaraq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.

Dinc əhaliyə divan tutmağı qarşısına məqsəd qoymuş ermənilər heç kimə aman vermədən kütləvi qırğın törədiblər. Dəhşətli qətliam nəticəsində 613 dinc sakin amansızcasına öldürülüb.

Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 
Xocalı soyqırımından bəhs edən saytda yerləşdirilmiş faciə dəhşətlərini əks etdirən fotoları təqdim edirik:











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO