Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı – FOTO 

Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı – FOTO 

Hazırda oxunan: Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı – FOTO 
179559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən və avtomobillərin konstruksiyasına dəyişikliklər edən sürücülər saxlanılıb.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib. 

Keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən sürücülər müəyyən olunub. Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb. 
Bundan başqa, “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılan sürücü, Cəlilabad rayon sakini Famil Abbasovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyinə şübhələr yarandığı üçün onun müvafiq tibbi müayinədən keçirilməsi təmin olunub.

Müayinə nəticəsində həmin sürücünün narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.  

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F. Abbasov 2 il müddətində sürücülük hüququ məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə olunub. 

Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı – FOTO  - foto 1
Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı – FOTO  - foto 2
Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı – FOTO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO