4 gün sonra Azərbaycanda ilk ÇƏRŞƏNBƏDİR  

4 gün sonra Azərbaycanda ilk ÇƏRŞƏNBƏDİR  

Hazırda oxunan: 4 gün sonra Azərbaycanda ilk ÇƏRŞƏNBƏDİR  

179510

Azərbaycanda Novruz bayramının ilk su çərşənbəsi fevralın 27-də olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatında yer alıb.

Belə ki, ikinci- Od çərşənbəsi martın 5-də, üçüncü - Yel çərşənbəsi martın 12-də, sonuncu Torpaq çərşənbəsi isə martın 19-da olacaq.

Xatırladaq ki, martın 20-si saat 07:06:21-də Azərbaycanda Yaz fəsli başlayır. Həmin vaxt gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan şimal yarımkürəsində yaz fəsli, cənub yarımkürəsində isə payız fəsli başlayır. 
Onu da qeyd edək ki, yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO