Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir? - DOSYE 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir? - DOSYE 

Hazırda oxunan: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir? - DOSYE 
179498
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Nərminə Hüseynovaya həvalə edilib. 

Bizim.Media xəbər verir ki, Nərminə Hüseynova Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və beynəlxalq əlaqələr şöbəsində, Dünya Bankının təhsil sektorunun inkişafı üzrə layihəsində çalışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir TƏYİN OLUNDU – FOTO  


Nərminə Hüseynova 2016-cı ildən Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatları sahələrində çalışıb. 

2020–2023-cü illərdə Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini olaraq çalışan Nərminə Hüseynova 2023-cü ilin oktyabr ayından MÜTDA-nın direktor müavini kimi fəaliyyət göstərib. 
Nərminə Hüseynova Bakı Dövlət Universitetində və Böyük Britaniyanın Nottinqem Universitetində beynəlxalq münasibətlər və dövlət idarəçiliyi üzrə təhsil alıb. 

Evlidir, 2 övladı var. 

Qeyd edək ki, daha əvvəl BŞTİ-nin müdiri vəzifəsində çalışan Mehriban Vəliyeva 4 oktyabr 2023-cü il tarixində MÜTDA-nın direktor müavini təyin edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO