BP-nin regional prezidenti Baş nazir Əli Əsədova təbrik məktubu ÜNVANLADI

BP-nin regional prezidenti Baş nazir Əli Əsədova təbrik məktubu ÜNVANLADI

Hazırda oxunan: BP-nin regional prezidenti Baş nazir Əli Əsədova təbrik məktubu ÜNVANLADI

179253

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz möhkəm can sağlığı və Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Bu il AÇG tərəfdaşları ilə Azərbaycan arasındakı uğurlu tərəfdaşlığın rəmzi olan “Əsrin müqaviləsinin” 30 illiyi ilə əlamətdardır. Biz Azərbaycanla onilliklər boyu davam edən əlaqələrimizə yüksək dəyər verir, Azərbaycan hökuməti və SOCAR ilə olan uzunmüddətli tərəfdaşlığımıza sadiq qalırıq.
Fürsətdən istifadə edərək, Sizə bu illər ərzində BP-nin operatoru olduğu layihələrə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk. Bu uğurlu əməkdaşlığı yüksək qiymətləndirir və uzun illər davam edəcəyinə ümid edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO