Siyavuş Novruzov: “Cərimə azdır, onlara küçələri süpürtdürmək lazımdır”

Siyavuş Novruzov: “Cərimə azdır, onlara küçələri süpürtdürmək lazımdır”

Hazırda oxunan: Siyavuş Novruzov: “Cərimə azdır, onlara küçələri süpürtdürmək lazımdır”

178442

“Şəhərdə üç yol zolaqları müəyyənləşib: avtobus, velosiped və digər maşınlar üçün zolaqlar. Şəhərin bu darısqallığında onların idarə olunması problem yaradır. Avtobus yolu boş saxlanılır, digər maşınlar zolağa daxil olanda cərimlənirlər. Bu zolaqlar elə tənzimlənməlidir ki, digər maşınlar da o zolaqdan istifadə edə bilsinlər və avtobus gələndə onlara yol versinlər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib. 

Deputat Bakı-Quba ödənişli yolunda qanunları pozan sürücülərlə bağlı maraqlı təkliflə çıxış edib: 

“Bu yaxınlarda ödənişli yolda qanunazidd hərəkətlərlə bağlı iki görüntü yayıldı. Biri avtomobili tərsinə sürür, biri saatda 200 km-lə maşın idarə edir. Düşünürəm ki, onların cərimlənməsi kifayət deyil. Gərək onlara küçələri süpürtdürsünlər ki, bu insanlar ağıllansınlar”. 

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO