Bakıda qatı duman: Görünüş MƏHDUDLAŞDI 

Bakıda qatı duman: Görünüş MƏHDUDLAŞDI 

Hazırda oxunan: Bakıda qatı duman: Görünüş MƏHDUDLAŞDI 

178341

Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş 50-500 metrədək məhdudlaşıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə olunur. Qeyd edilib ki, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb, nisbi rütubət 88-92 faiz intervalında olub. 

"Dumanlı hava eyni zamanda Quba, Lerik, Qusar, Yevlax rayonlarında da qeydə alınıb, görünüş məsafəsinin 500 metrədək məhdudlaşmasına səbəb olub. 
Ölkə ərazisində son günlər müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinə səbəb soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. 

Sürücülərdən dumanlı hava şəraitində daha diqqətli olmaları, yola çıxarkən ehtiyatlı davranmaları xahiş olunur", - məlumatda vurğulanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO