Zəngilanda YANĞIN - VİDEO 

Zəngilanda YANĞIN - VİDEO 

Hazırda oxunan: Zəngilanda YANĞIN - VİDEO 

178242

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonunun Cahangirbəyli kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər nəticəsində açıq ərazidə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. 
Yanğın nəticəsində 13 ha sahədə qamışlıq və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO