Bakıya qar yağacaq, temperatur enəcək - XƏBƏRDARLIQ 

Bakıya qar yağacaq, temperatur enəcək - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Bakıya qar yağacaq, temperatur enəcək - XƏBƏRDARLIQ 
178099
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 15-dən ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. 

Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün ikinci yarısından 17-si gündüzədək havanın arabir küləkli olacağı, şimal-qərb küləyinin 15-20 m/s, 15-i axşam və 16-sı gecə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 
Fevralın 16-17-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 16-sı səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, 17-də isə ayrı-ayrı yerlərdə qısamüddətli sulu qar və qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. 

Azərbaycanın rayonlarında fevralın 18-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var.

Fevralın 15-də gündüz əksər rayonlarda yağıntıda qısamüddətli fasilə olacaq. 

Şərq küləyi fevralın 16-17-də arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO