Tovuzda TIR AŞDI - FOTO 

Tovuzda TIR AŞDI - FOTO 

Hazırda oxunan: Tovuzda TIR AŞDI - FOTO 
176833
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda, rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. 

Bakı istiqmətində hərəkətdə olan, Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq dərəyə aşıb. Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. 

Yanğın söndürülüb, avtomobil yanğından mühafizə edilib. Məlumata görə, sürücü yüngül xəsarət alıb. 

TIR-ın Rusiyaya yanacaq (mazut) apardığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Tovuzda TIR AŞDI - FOTO  - foto 1
Tovuzda TIR AŞDI - FOTO  - foto 2
Tovuzda TIR AŞDI - FOTO  - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO