Gəncədə yataqxanadakı yanğında xəsarət alanların durumu ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

Gəncədə yataqxanadakı yanğında xəsarət alanların durumu ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

Hazırda oxunan: Gəncədə yataqxanadakı yanğında xəsarət alanların durumu ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

176287

Xəbər verdiyimiz kimi, Gəncədə yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub və zərhərlənənlər var. Hadisə şəhərin Atatürk prospekti 197 mənzil 58 ünvanında qeydə alınıb.

Yanğın yerinə Fövqalədə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə yaşayış binasında YANĞIN: 10 nəfər təxliyə olundu - Zəhərlənən var 


TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində baş verən yanğın hadisəsi ilə əlaqədar 2 təcili tibbi yardım briqadası cəlb edilib.

“1962-ci il təvəllüdlü (qadın cinsli) şəxsə hipertenziya səbəbilə yerində yardım göstərilib. 2005-ci il təvəllüdlü (kişi cinsli) şəxs isə tüstüdən boğulma səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib. Hazırda Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir” – deyə, məlumatda bildirilib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO