Vətəndaşlardan 11 500 manat mənimsəyən qadın TUTULDU - FOTO/VİDEO

Vətəndaşlardan 11 500 manat mənimsəyən qadın TUTULDU - FOTO/VİDEO

Hazırda oxunan: Vətəndaşlardan 11 500 manat mənimsəyən qadın TUTULDU - FOTO/VİDEO

174992

Qubada bir neçə şəxsin sosial yardım, pensiya düzəltmək adı ilə pullarını mənimsəyən şəxs saxlanılıb.

Quba sakini Ülkər Kərimova rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində sosial müavinət, pensiya düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların ümumilikdə 11 500 (on bir min beş yüz) manat pullunu mənimsəyib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

 





Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO