
- A-
- A
- A+
Cəmiyyət
19:17 / 22.01.2024
1 dəq oxunma
Cəlilabadda 2 otaqlı evdə yanğın olub
Hazırda oxunan: Cəlilabadda 2 otaqlı evdə yanğın olub
174621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Privolnoye kəndində, Seyfulla Barışova məxsus birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Yanğın yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Buna baxmayaraq, ümumi sahəsi 63 kvadratmetr olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün və aynabəndinin yanar konstruksiyaları yanıb.
Həmçinin yüksək temperaturdan bitişik evin 3 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































