Bakıda zəncirvari qəza: 2 nəfər xəstəxanalıq oldu

Bakıda zəncirvari qəza: 2 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Bakıda zəncirvari qəza: 2 nəfər xəstəxanalıq oldu

174481

Bakının Sabunçu rayonunda yol qəzası zamanı sürücü xəsarət alıb, sərnişin döyülüb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat şosesində qeydə alınıb.

3 minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

“Kia”markalı avtomobili idarə edən avtomobil təlimçisi qarşısına maneə çıxdığı üçün qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə olan “Toyota”nın sürücüsü ara məsafəsini gözləyərək avtomobili saxlaya bilib. Ancaq “Land Rover” markalı nəqliyyat vasitəsi “Toyota”ya çırpılıb və zəncirvari yol qəzası baş verib. “Toyota”nın sürücüsü - 1964-cü il təvəllüdlü Həsənova Firuzə Nadir qızı xəsarət alıb. Həmin avtomobildə olan onun oğlu 1984-cü il təvəllüdlü Həsənov Polad Məhəmməd oğlu bundan hiddətlənərək “Land Rover”in sürücüsü ilə mübahisə edib. O, döyülərək xəsarət alıb. Hər iki şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtotexniki ekspertiza təyin edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO