Cəlilabadda 2 avtomobil toqquşdu: 3 yaralı var

Cəlilabadda 2 avtomobil toqquşdu: 3 yaralı var

Hazırda oxunan: Cəlilabadda 2 avtomobil toqquşdu: 3 yaralı var

174451

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. 

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərində Silsilə deyilən ərazidə qeydə alınıb. 

Belə ki, "Pajero" markalı minik avtomobili ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər rayon sakini, 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb. 
Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO