Yanacaqdoldurma məntəqəsinə suvenir pul verənlər SAXLANILDI – FOTO  

Yanacaqdoldurma məntəqəsinə suvenir pul verənlər SAXLANILDI – FOTO  

Hazırda oxunan: Yanacaqdoldurma məntəqəsinə suvenir pul verənlər SAXLANILDI – FOTO  
173980
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində suvenir pullarla vətəndaşları aldadan şəxslər saxlanılıblar. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, yanvarın 17-si gecə saatlarında şəhər ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn “Toyota” markalı avtomobilin sürücüsünün aldığı yanacaq qarşılığında üzərində “etibarsızdır” yazılan saxta əsginasları verməsi barədə polisə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə həmin şəxslərin- Şamaxı rayon sakini, əvvəllər də oğurluq, quldurluq, eləcə də törətdiyi digər cinayətlərə görə məhkum olunmuş Famil İbadov və Abşeron rayon sakini Əkbər Kərimov olduqları müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, onlar iz itirmək məqsədilə yanacaqdoldurma məntəqəsinə daxil olmazdan əvvəl avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə ediblər . 

Saxlanılan şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji əməllər törətdikləri istisna edilmir. Onların bu kimi əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya ərazi polis orqanına müraciət edə bilərlər. 

Yanacaqdoldurma məntəqəsinə suvenir pul verənlər SAXLANILDI – FOTO   - foto 1
Yanacaqdoldurma məntəqəsinə suvenir pul verənlər SAXLANILDI – FOTO   - foto 2


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO