Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi - VİDEO  

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi - VİDEO  

Hazırda oxunan: Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi - VİDEO  
173444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb edilib. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HYUNDAI” markalı avtomobilin idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı sudaşıyan avtomobilə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış “HYUNDAI” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb. 
Yanğınsönsürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO