Azərbaycanda faktiki hava necədir? - FOTO

Azərbaycanda faktiki hava necədir? - FOTO

Hazırda oxunan: Azərbaycanda faktiki hava necədir? - FOTO
173345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 14-ü saat 12:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Sarıbaş (Qax), İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Quba, Qusar, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Hacıqabul, Lənkəran, Yevlax, Kürdəmir, Neftçala, Sabirabad, Yardımlı, Beyləqan, Cəfərxan, Biləsuvar, Astara, Şahdağ və Qrızda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 4 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.

Yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında 14-ü axşamadək, bölgələrdə isə 15-i səhərədək davam edəcək.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-15-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var. Xüsusən də dağlıq və dağətəyi rayonlarda.

Azərbaycanda faktiki hava necədir? - FOTO - foto 1
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO