İmişlidə qanunsuz ağac kəsən şəxs məsuliyyətə cəlb olundu - FOTO

İmişlidə qanunsuz ağac kəsən şəxs məsuliyyətə cəlb olundu - FOTO

Hazırda oxunan: İmişlidə qanunsuz ağac kəsən şəxs məsuliyyətə cəlb olundu - FOTO

172684

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində qanunsuz olaraq ağac kəsərək yük avtomobili ilə daşıyan şəxs saxlanılıb. Araşdırmalarla onun Saatlı rayon sakini R.Rəcəbov olduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı qanunsuz olaraq kəsilmiş ağaclar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Təbiətə ziyan vuran R.Rəcəbov barəsində İXM-nin 252-ci maddəsinə əsasən protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO