Novruz çərşənbələrinin tarixi açıqlandı

Novruz çərşənbələrinin tarixi açıqlandı

Hazırda oxunan: Novruz çərşənbələrinin tarixi açıqlandı

172326

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a Bakı Dövlət Universitetindən astrofizika fakültəsinin fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək:

“Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək”.
Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO