Bakıda qısqanclıq zəminində həmyerlisini öldürən Çin vətəndaşına HÖKM OXUNDU

Bakıda qısqanclıq zəminində həmyerlisini öldürən Çin vətəndaşına HÖKM OXUNDU

Hazırda oxunan: Bakıda qısqanclıq zəminində həmyerlisini öldürən Çin vətəndaşına HÖKM OXUNDU
171482
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda qısqanclıq zəminində həmyerlisi Pan Yuan Lianqı öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tianqanqa hökm oxunub.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə iclasında o, 9 il müddətə azadlıqdan məhrum edilib.

Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul edilib.

İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar. Yuan Tianqanqın həyat yoldaşı da onlarla bir evdə qalıb. Cari il iyulun 14-də Yuan Tianqanq onunla eyni evdə yaşayan tanışı Lianqın onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib.

O, qısqanclıq zəminində Lianqın baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib. Lianq hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yuan Tianqanqa qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO