Daşkəsəndə ər-arvadı öldürən şəxsə ömürlük həbs cəzası verilib

Daşkəsəndə ər-arvadı öldürən şəxsə ömürlük həbs cəzası verilib

Hazırda oxunan: Daşkəsəndə ər-arvadı öldürən şəxsə ömürlük həbs cəzası verilib

171474

Daşkəsən rayon sakinləri 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədovu və həyat yoldaşı 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın oğurluq məqsədi ilə evinə daxil olub öldürməkdə təqsirləndirilən Şahin Ələsgərova hökm oxunub.

Bizim.Media report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında o, ömürlük həbs cəzasına məhkum edilib.

İttiham aktına əsasən, Ş.Ələsgərov oğurluq məqsədi ilə ər-arvadın evinə hücum edib. Evdə olan pulları ələ keçirməyə çalışan Ş. Ələsgərova 86 yaşlı kişi və onun 77 yaşlı həyat yoldaşı müqavimət göstərib. Bu zaman o, özü ilə gətirdiyi taxta parçası ilə ər-arvadı döyərək qətlə yetirib.

Qeyd edək ki, Məmmədovların övladı olmayıb. Hər ikisi qəsəbənin kənar hissəsində yerləşən fərdi evdə yaşayan sakit insanlar kimi tanınıb. Hadisəni törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Şahin Arif oğlu Ələsgərov isə rayon ərazisində "Şaka" kimi tanınıb. O, əvvəllər oğurluğa görə məhkumluq həyatı yaşayıb.
Ş.Ələsgərova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (xüsusi amansızlıqla qəsdən adam öldürmə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürməyə cəhd), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 157.1-ci (mənzil toxunulmazlığını pozma), 177.2.3-cü (oğurluq), 81.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), 296.2-ci (eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO