Göyçayda qanunsuz torpaq daşıyan şəxs CƏZALANDIRILDI - FOTO

Göyçayda qanunsuz torpaq daşıyan şəxs CƏZALANDIRILDI - FOTO

Hazırda oxunan: Göyçayda qanunsuz torpaq daşıyan şəxs CƏZALANDIRILDI - FOTO

171218

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbir nəticəsində rayonun Kürdəmiş kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə qanunsuz torpaq daşınması faktı aşkarlanıb.

İcazə şərtlərini pozmaqla yerin təkindən istifadə edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO