Ağdamda da mərkəzi park salınacaq - FOTO

Ağdamda da mərkəzi park salınacaq - FOTO

Hazırda oxunan: Ağdamda da mərkəzi park salınacaq - FOTO

170996

Ağdamda 5 hektar ərazidə mərkəzi park salınacaq. 

Bizim.Media xəbər verir ki, yenidən qurulan Ağdam şəhərində buraya köçürüləcək keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradılır. 

Ağdamda yeni salınan yaşayış kompleksləri ilə yanaşı Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq. 

Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. 

Parkın layihəsindən görüntüləri təqdim edirik: 










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO