Ağdamda Avtomatika və telemexanika istehsalı zavodu gələn il işə salınacaq - FOTO

Ağdamda Avtomatika və telemexanika istehsalı zavodu gələn il işə salınacaq - FOTO

Hazırda oxunan: Ağdamda Avtomatika və telemexanika istehsalı zavodu gələn il işə salınacaq - FOTO
169720
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdam sənaye parkında qeydiyyatdan keçən 25 rezidentin 10-dan çoxu tikinti-quraşdırma işlərinə başlayıb. 2024-cü il yaz aylarının sonuna bir sıra müəssisələrin açılışı gözlənilir. Onlardan biri də inşa olunan Avtomatika və telemexanika istehsalı zavodudur.

Bizim.Media xəbər verir ki, zavodun tikintisi üçün Ağdam Sənaye Parkı ərazisində 0,90 hektar torpaq sahəsi ayrılıb. Müəssisənin tikinti sahəsi 2738,9 kvadratmetrdir.

Layihə rəhbəri Seymur Qəhrəmanov bildirib ki, Avtomatika və telemexanika istehsalı zavodunun tikintisinə cari ilin oktyabr ayında başlanılıb. 2024-cü ilin may ayında inşaat işlərinin başa çatdırılaraq zavodun işə salınması nəzərdə tutulur. Zavodda dəmir yolu siqnal sahəsi üçün avadanlıqlar istehsal olunacaq. Müəssisədə 45 nəfərin işlə təmin olunması planlaşdırılır.

Qeyd edək ki, Ağdam Sənaye Parkına investorlar tərəfindən 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 10-dan çox sahibkarlıq subyekti tərəfindən aktiv tikinti-quraşdırma, digərləri isə layihələndirmə və ərazinin topoqrafik işləri həyata keçirir.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO