
- A-
- A
- A+
Cəmiyyət
12:20 / 06.04.2021
1 dəq oxunma
Qod Nisanov qaziyə ev bağışladı
Hazırda oxunan: Qod Nisanov qaziyə ev bağışladı
16967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanlı iş adamı Qod Nisanov Vətən müharibəsi iştirakçısı Rüstəm Qurbanova mənzil bağışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə biznesmen Yeni Yasamalda yerləşən binaların birindən qazimizə tam təmirli ev hədiyyə edib.
Qeyd edək ki, bir neçə gün öncə media qurumlarından biri 44 günlük müharibədə iştirak edərək yaralanan və ayaqlarından ciddi xəsarət alan R. Qurbanov haqqında reportaj yayımlamışdı.
Reportajda qazinin anası və bacısı ilə birgə kirayədə yaşadığı, atasının isə onları uzun illər öncə tərk etdiyi barədə məlumat verilmişdi. Rüstəm veriliş vasitəsi ilə ev istədiyini dilə gətirmişdi.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































