Bakıda küləyin sürəti 30 m/s-ə çatır

Bakıda küləyin sürəti 30 m/s-ə çatır

Hazırda oxunan: Bakıda küləyin sürəti 30 m/s-ə çatır
169449
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 18.00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir.

Xidmətdən Bizim.Media-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Gəncə, Şəmkir, Qusar, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Xaçmaz, Xaltan, Sarıbaş (Qax), Qubada, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəy) qar yağıb.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Naftalanda 28 m/s, Gəncədə 24 m/s, Tərtərdə 23 m/s, Neftçala, Tovuz, Şahdağda 20 m/s, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Ceyrançöl, Şəmkirdə 16 m/s-dək güclənib.

Neft Daşlarının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Cəfərxan, Hacıqabul, Lerik, Yardımlıda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcə şaxta, aran rayonlarında 12 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO