Xankəndidəki oyuna görə Bakı metrosunun iş rejimi DƏYİŞDİRİLƏCƏK 

Xankəndidəki oyuna görə Bakı metrosunun iş rejimi DƏYİŞDİRİLƏCƏK 

Hazırda oxunan: Xankəndidəki oyuna görə Bakı metrosunun iş rejimi DƏYİŞDİRİLƏCƏK 
169123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 21-də Bakı metrosunun iş rejimində dəyişiklik edəcək. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Gənclər və İdman Nazirliyinin müraciətinə uyğun olaraq, qurumun bütün stansiyaları həmin gün səhər 04:00-dan sərnişinlərin girişinə açıq olacaq. 

“Bakı metropoliteni futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan Kuboku yarışı çərçivəsində Ağdamın “Qarabağ” və Bakının MOİK klubları arasında keçiriləcək oyunu arenadan canlı izləmək üçün Xankəndi şəhərinə yola düşmək istəyən tamaşaçıların marağını nəzərə alaraq, iş rejimində dəyişiklik ediləcək. 
Sərnişinlərin mənzil başına çatdırılmasını təmin etmək məqsədilə qatarlar xüsusi qrafik əsasında hərəkət edəcək.

Bakı metropoliteninin həmin gün üçün fəaliyyəti, o cümlədən qatarların hərəkəti mövcud payız-qış qrafikinə uyğun iş günlərinin hərəkət cədvəli əsasında təmin olunacaq”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO