Qusarda mikroavtobus dərəyə AŞDI - Xəsarət alanlar var - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Qusarda mikroavtobus dərəyə AŞDI - Xəsarət alanlar var - YENİLƏNİB - FOTO

168523

Avtobusun aşması nəticəsində Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 6 nəfərdən 5-i yüngül, biri isə orta ağır xəsarət alıb. Həmin 5 nəfər bu dəqiqələrdə evə buraxılacaq.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Xəyal Talıbov məlumat verib. 

Qusar rayon polis şöbəsində qəzanın araşdırılmasına başlayıb.

*** 16:32

Qusarda havanın dumanlı olması qəzaya səbəb olub. 

Bizim.Media xəbər verir ki, rayon mərkəzindən Xürel kəndi istiqamətinə gedən mikroavtobusun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi dərəyə aşıb. 

Nəticədə 6 sərnişin xəstəxanaya çatdırılır. Hazırda onlara ilkin tibbi yardım göstərilir. Qəzaya qatı dumanın səbəb olduğu deyilir. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO